Kibertəhlükəsizlik inzibatçısı
Araz Supermarket MMC · Center, IN · 1 mo ago
OTHRFull-time
Məşğulluq növü: Tam iş günü
Ünvan: Azure Business Center, Bakı
Öhdəliklər
- Müəyyən edilmiş standartlar, qaydalar və prosedurlar əsasında işlərin planlaşdırılması və icrası
- Sistem və şəbəkə təhlükəsizliyi üzrə sazlama işlərinin həyata keçirilməsi
- Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığının təmin edilməsi
- Firewall avadanlıqlarında giriş icazələrinin tənzimlənməsi və idarə olunması
- Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin fasiləsiz işlək vəziyyətdə saxlanılması, loqlama mexanizmlərinin qurulması və optimallaşdırılması
- Şirkət layihələrində kibertəhlükəsizlik tələblərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak
- Təhlükəsizlik testləri nəticəsində aşkarlanan boşluqların aradan qaldırılması
- Əməliyyatların dayanıqlığı və fövqəladə hallardan bərpa (DRP) planlaşdırılması, test edilməsi və icrasında iştirak
- Kritik informasiya resurslarında edilən dəyişikliklər zamanı müvafiq kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi
- Şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası
Tələblər
- Ali təhsil (İT və ya kibertəhlükəsizlik sahəsi üzrə olması arzuolunandır)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Firewall (Palo Alto, Fortinet və s.), VPN və IDS/IPS sistemləri ilə praktiki iş təcrübəsi
- Şəbəkə, sistem və təhlükəsizlik avadanlıqları, onların əməliyyat sistemləri və beynəlxalq İT standartları üzrə biliklər
- NGFW, CCNA, CompTIA Security+ üzrə nəzəri və praktiki biliklər
- Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı
- Bulud mühitlərində (Azure, AWS və ya GCP) təhlükəsizlik prinsipləri üzrə biliklər üstünlükdür