Jobs · OTHR · Montana

Təhlükəsizlik Əməliyyatları Mərkəzinin şöbə müdiri

Araz Supermarket MMC · Azure, MT · 1 wk ago
OTHRFull-time

Öhdəliklər

  • Təhlükəsizlik insidentlərini idarə etmək, eskalasiya proseslərini koordinasiya etmək və biznes təsirini minimuma endirmək.
  • TƏM idarəçiliyi üzrə siyasət, prosedur və beynəlxalq standartların tətbiqinə rəhbərlik etmək.
  • Threat Intelligence, DLP, SIEM və girişlərin idarə edilməsi (access management) üzrə əməliyyat proseslərinin effektivliyinə nəzarət etmək.
  • Xarici pentest, audit və uyğunluq fəaliyyətlərini koordinasiya etmək.
  • Bulud infrastrukturunun (Azure, M365, Intune) təhlükəsizlik konfiqurasiyasına və uyğunluğuna nəzarət etmək.
  • Bulud mühitlərində identifikasiya və giriş idarəetməsinin (IAM, Conditional Access) standartlara uyğunluğunu təmin etmək.
  • Bulud resurslarının təhlükəsizlik qiymətləndirməsini (CSPM) mütəmadi həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək.
  • Hibrid mühitdə (on-premise və bulud) vahid təhlükəsizlik siyasətlərinin tətbiqini təmin etmək.
  • İnformasiya fərqindəliyi maarifləndirmə proqramlarını və fişinq simulyasiyalarını təşkil etmək.
  • Tərəfdaş şirkətlərin təhlükəsizlik uyğunluğuna nəzarət etmək (supply chain monitoring).
  • Daxili maraqlı tərəflərlə (IT, Risk, Hüquq, Daxili Nəzarət) effektiv əməkdaşlıq kanallarını qorumaq.
  • Dəyişən kibertəhlükə mənzərəsinə uyğun olaraq şəbəkənin strateji çevikliyini təmin etmək.

Tələblər

  • Ali təhsil
  • Liderlik və komandanı motivasiya etmə bacarığı
  • Effektiv ünsiyyət və təqdimat bacarığı
  • Qərarvermə və məsuliyyət götürmə bacarığı
  • Problem həll etmə bacarığı
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il təcrübə
  • SIEM sistemlərinin (IBM QRadar və ya analoji) idarə edilməsi təcrübəsi
  • Endpoint Detection & Response (EDR/XDR) platformaları üzrə praktiki bilik
  • DLP sistemlərinin tətbiqi və idarə edilməsi təcrübəsi
  • Bulud təhlükəsizliyi (Azure, M365) və hibrid mühit üzrə bilik
  • Şəbəkə təhlükəsizliyi (Firewall, IDS/IPS) üzrə praktiki təcrübə
  • IAM, Conditional Access və Privileged Identity Management üzrə bilik
  • Threat Intelligence və insidentlərə cavab (Incident Response) prosesləri üzrə təcrübə
  • CISSP, CISM, Microsoft SC-100/AZ-500, Security X, OSDA və ya analoji sertifikatlar
  • Analitik düşüncə və risk qiymətləndirmə qabiliyyəti
  • Tekniki məlumatları biznes dilinə çevirmək bacarığı
  • Maraqlı tərəflərlə effektiv kommunikasiya bacarığı
  • Dəyişən mühitdə çevik qərar qəbul etmə qabiliyyəti

Similar jobs